Meksikada ictimai yerlərdə, o cümlədən çimərliklərdə və parklarda tütün məmulatlarının istifadəsi qadağan edib.
Meksika ictimai yerlərdə siqaret çəkməyi qadağan etməklə dünyada tütünə qarşı ən sərt qanunlardan birini qəbul edib.
Hökumət 2008-ci ildə qəbul edilmiş barlar və restoranlar kimi qapalı yerlərdə siqaret çəkməyi qadağan edən qanunu çimərliklər və parklar da daxil olmaqla bütün ictimai yerlərə genişləndirib.
2021-ci ildə təsdiq edilən və sabahdan etibarən tətbiq olunacaq yeni tənzimləmə çərçivəsində hətta satış nöqtələrində tütün məmulatlarının təşviqi, reklamı və sponsorluğu qadağan edilib.
Qeyd edək ki, digər Cənubi Amerika ölkələri əvvəllər tütündən istifadəni məhdudlaşdıran qanunlar qəbul etsə də, bu ölkələr arasında ən əhatəli və təsirli tədbir görən ölkə Meksika olub.
Tehsil-press.az