Türkiyədə açıq havada da siqaret çəkmək qadağan edildi

Türkiyədə açıq havada da siqaret çəkmək qadağan edildi Türkiyə Daxili İşlər Nazirliyi 81 vilayətə “Koronavirusla mübarizə tədbirləri” haqda təlimat sənədi göndərib.
Bu gündən etibarən həmin əyalətlər üzrə bütün işlək küçə və prospektlərdə açıq havada siqaret çəkmək qadağan edilir. Bu qərara səbəb kimi insanların siqaret çəkən zaman maskanı endirmələri göstərilir.
Qeyd edək ki, Türkiyədə son sutka ərzində koronavirusdan 86 nəfər dünyasını dəyişib, 2 693 nəfər isə virusa yoluxub.

Tehsil-press.az

Oxşar xəbərlər