İsveç Türkiyə parlamentinin onun NATO-ya daxil olmasını təsdiqləməsi üçün 130-a yaxın terrorçunu Türkiyəyə təhvil verməlidir.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşü zamanı deyib.
Türkiyə prezidenti qeyd edib ki, İsveç bu tələbi yerinə yetirməyib.
"Biz İsveçə bildirdik ki, [NATO-ya üzv olmaq haqqında] memorandumu parlamentimizdə təsdiqləmək üçün onlar 130-a yaxın terrorçunu bizə təhvil verməlidirlər. Onlar bunu etmədilər", - deyə R.T.Ərdoğan bildirib.
O əlavə edib ki, PKK tərəfdarları İsveç küçələrində etiraz aksiyaları keçirir və Türkiyə bununla bağlı xəbərdarlıq göndərib:
"Amma bütün bu xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, PKK və ya PYD-nin aksiyalarının dayandırılmasından söhbət belə getmirdi".
Tehsil-press.az