“İsveç və Finlandiya bizdən güzəşt gözləməsin”

“İsveç və Finlandiya bizdən güzəşt gözləməsin” “Bu mövzuda Türkiyədən güzəşt gözləmək lazım deyil. Görüşlərimiz oldu. Lakin elə səhərisi gün terrorçular yenidən Stokholm küçələrində nümayiş keçirdi”.
Bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Haber” telekanalının canlı yayımında İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələlərini dəyərləndirərkən söyləyib.
Türkiyə lideri qeyd edib ki, həmçinin terrorçular Finlandiyada çıxış edirlər:
“İsveç konkret addımlar atmır. Terror təşkilatının genişlənməsinin, o cümlədən terror təbliğatının ölkəmizə qarşı fəaliyyət göstərməsinə mane olmadıqca, bizdən müsbət yanaşma gözləməməlidirlər”.
Qeyd edək ki, NATO-ya üzv ölkələr Finlandiya və İsveçin üzvlük protokolunu imzalayıblar. Baş katib Yens Stoltenberq iyulun 5-dən etibarən İsveç və Finlandiyanın NATO-ya dəvətli ölkələr sayılacaqlarını və alyansın işinə qatıla biləcəklərini əlavə edib.

Tehsil-press.az



Oxşar xəbərlər