İtaliyanın ən çox axtarılan cinayətkarı, mafiya başçısı Matteo Messina Denaro 30 il qaçdıqdan sonra həbs edilib.
O, Siciliyanın Palermo şəhərindəki özəl klinikalardan birində saxlanılıb, o, burada müalicə olunub. İtaliya dövlət televiziyasının məlumatına görə, Messina Denaro həbs olunduqdan sonra, dərhal gizli yerə aparılıb.
Axtarışa veriləndə onun 30 yaşı var idi, indi isə 60 yaşı var. Siciliyanın qərbindəki Trapani liman şəhərinin hakimiyyətini əlində saxlayan Messina Denaro, hətta qaçışda olsa da, Siciliya "Koza Nostra" - sının əsas patronu hesab olunurdu.
O, onilliklər ərzində qaçan, üç ən yüksək mafia başçısının sonuncusu idi.
Qiyabi mühakimə olunan və onlarla qətldə təqsirli bilinən Messina Denaronu bir neçə ömürlük həbs cəzası gözləyir. O, 1992-ci ildə Siciliyada yüksək vəzifəli anti-mafiya prokurorları Covanni Falkon və Paolo Borsellinonun ölümünə səbəb olan iki partlayışa görə cavab verməlidir. Onun mühakimə olunduğu digər amansız cinayətlər arasında, başqa klandan olan mafia başçısının kiçik oğlunun boğularaq öldürülməsi və cəsədini turşu çənisində əritməsi də vardır.
Bazar ertəsi 30 il həbsə məhkum edilmiş "bossların bosu" Salvatore "Toto" Riina 23 il qaçdıqdan sonra Palermodakı bir mənzildə saxlandığı günlə üst-üstə düşür.
Tehsil-press.az