İtaliyada mafia klanının 16 üzvü həbs olunub

İtaliyada mafia klanının 16 üzvü həbs olunub İtaliyanın Siciliya adasında polisin həyata keçirdiyi əməliyyat nəticəsində 16 nüfuzlu mafiya nümayəndəsi həbs edilib.
Həbslər Palermo şəhərində məskunlaşmış Brankaççio-Çiakulli klanına qarşı iki ildən bəri aparılan təhqiqatlardan sonra baş tutub. Bu klan şirkət və sahibkarların şantaj və sıxışdırılmasında təqsirli bilinir.
Polisin məlumatına görə, regiondakı market, tikinti şirkətləri, apteklər, mağazalar, kafe və diskotekaların sahibləri klan üzvlərinidən polisə şikayət edərək, təzyiqlərə məruz qaldıqlarını və mafiyaya pul ödəməyə məcbur edildiklərini bildiriblər. Pandemiya ilə əlaqədar lokdaun tətbiq olunduğu dövrdə şirkətlərin fəaliyyətlərini dayandırmalarına baxmayaraq, mafiya üzvləri ödənişlərin davam etməsini tələb ediblər.
Polisin məlumatında, həmçinin bildirilir ki, Brankaççio-Çiakulli klanı narkotik vasitələrin ticarətində fəal iştirak edir. Bu klan Koza Nostra (Cosa Nostra) mafiya şəbəkəsinə daxil olan 180 ailədən biri hesab olunur. Siciliyada təşəkkül tapan və İtaliyanın ən qədim cinayətkar şəbəkələrindən biri olan Koza Nostra ciddi iyerarxik quruluşa malikdir və daxili kodekslə müəyyənləşən ciddi intizam qaydalarına əsaslanır. Şəbəkənin əhatə dairəsinə ölkənin Siciliya və Apuliya regionları, eləcə də Mərkəzi və Şimali İtaliya daxildir.

Tehsil-press.az




Oxşar xəbərlər