Belçikada 2016-cı ildə Brüsseldə törədilən partlayışlarda təqsirləndirilən şəxslər mühakimə olunur

Belçikada 2016-cı ildə Brüsseldə törədilən partlayışlarda təqsirləndirilən şəxslər mühakimə olunur 2016-cı il martın 22-də Brüssel hava limanında iki partlayış və metroda üçüncü partlayış nəticəsində 15 kişi və 17 qadın, ondan çox ölkə vətəndaşı həlak olub.
Müttəhimlər kürsüsündə 10 nəfər əyləşmişdir, onların hamısı terror qruplaşmasına üzv olmaqda ittiham olunur. On nəfərdən doqquzu bir neçə qətl və adam öldürməyə cəhddə ittiham olunur.
Günahı sübuta yetirilərsə, onlardan doqquzu ömürlük, onuncusu isə 10 ilə qədər həbs cəzası ala bilər.
Müttəhimlərdən birinin Suriyada olduğu və qiyabi mühakimə olunacağı güman edilir.
Şübhəlilər arasında 2015-ci ilin noyabrında Paris hücumlarında 130 nəfərin ölümünə səbəb olan Belçikada yerləşən terror təşkilatından sağ qalan yeganə Salah Abdeslam da var.
Digər müttəhim, "şlyaoalı adam" kimi tanınan Məhəmməd Abrini isə hücumlar zamanı hava limanında partlayıcı qurğu qoymaqda şübhəli bilinir.
Brüsseldəki hücumlar Belçika polisinin Abdeslamı Brüsselin Molenbek rayonundakı mənzildə həbs etməsindən cəmi dörd gün sonra baş verib.
Martın 22-də səhər saatlarında iki kamikadze Brüssel Beynəlxalq Hava Limanının uçuş zalında partlayıcı qurğular işə salıb,İki partlayış nəticəsində 16 nəfər ölüb, onlarla insan yaralanıb.
Belçikadakı məhkəmə prosesi 2015-ci ilin noyabrında Paris hücumları ilə bağlı Fransa məhkəməsi ilə birləşir. Brüsseldəki altı müttəhim iyun ayında Fransada 10 ildən ömürlük həbs cəzasına məhkum edilmişdi, lakin Belçika məhkəməsi ona görə fərqlənir ki, ona peşəkar hakimlər deyil, münsiflər heyəti baxacaq.
Prosesin iyunun sonuna qədər davam edəcəyi və ən azı 35 milyon avroya başa gələcəyi gözlənilir.

Tehsil-press.az


Oxşar xəbərlər