İran Rusiyaya görə BMT-də cavab verəcək

İran Rusiyaya görə BMT-də cavab verəcək Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ABŞ-a səfəri zamanı bu ölkənin müdafiə naziri Lloyd Ostinlə İranın Rusiyaya hücum silahları göndərməsini müzakirə edib.
Ukraynadakı müharibəni müzakirə edən nazirlər, Rusiyanın İran istehsalı olan silahlı PUA-lardan istifadə etməsinə xüsusi diqqət yetiriblər.
ABŞ, Fransa və Böyük Britaniya İranın Rusiyaya silah təchiz etməsi məsələsini BMT-nin Təhlükəsizlik Şurasının iclasında qaldırmaq istəyir.
Xatırladaq ki, Qərb dövlətləri İranın Rusiyaya silahlı PUA-lar verdiyini iddia etsə də, rəsmi Tehran bunu təkzib edib.

Tehsil-press.az

Oxşar xəbərlər