Ukrayna iranlı tələbələri ölkədən çıxardı - İddia

Ukrayna iranlı tələbələri ölkədən çıxardı - İddia İranın Rusiyaya pilotsuz uçuş aparatları (PUA) satması səbəbindən Ukraynanın bəzi iranlı tələbələri ölkədən çıxardığı iddia edilib.
İranda yerləşən “Entekhab” xəbər saytının məlumatına görə, Ukraynada təhsil alan bəzi iranlı tələbələr deportasiya edilib.
Xəbərdə fikirləri yer alan, adı açıqlanmayan iranlı tələbə “Ukrayna bizi qovdu. Pasportlarımızdakı möhürlə bu ölkəyə girişimizə 3 il qadağa qoyuldu. Səbəb olaraq İranın Rusiyaya PUA satmasını göstərdilər” deyib.
İran administrasiyası hələlik mövzu ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından təxminən bir həftə sonra, fevralın 26-da İranın elm, tədqiqat və texnologiya nazirinin müavini Haşim Dadaşpur Ukraynada təhsil alan iranlı tələbələrin sayını 1424 nəfər olaraq açıqlamışdı.

Tehsil-press.az


Oxşar xəbərlər