İran Rusiyaya çox sayda PUA-lar verəcək - Ağ Ev

İran Rusiyaya çox sayda PUA-lar verəcək - Ağ Ev ABŞ səlahiyyətliləri İranın Rusiyaya çox sayda pilotsuz uçuş aparatları vermək niyyətində olduğu barədə məlumat əldə edib.
Bunu jurnalistlər üçün brifinq zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
"Əldə etdiyimiz məlumata görə, İran hakimiyyəti qısa müddətdə bir neçə yüzə qədər pilotsuz uçuş aparatı, o cümlədən silah daşıya bilən aparatlar verməyə hazırlaşır", - deyə C.Sallivan bildirib.
O əlavə edib ki, İranın bu cür cihazları Rusiyaya bu vaxta qədər tədarük edib-etmədiyini bilmirik.

Tehsil-press.az


Oxşar xəbərlər