Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel əməkdaşlığın gələcək sahələrini müzakirə etmək üçün Kiyevdə səfərdədir.
Şarl Mişel tviter səhifəsində yazıb ki, o əməkdaşlığın bütün sahələrini müzakirə etmək üçün Kiyevə gəlib. “2023-cü il qələbə və sülh ili olsun", - deyə Mişel vurğulayıb.
O, artıq Ukrayna əsgərləri üçün reabilitasiya mərkəzinə baş çəkib.
“Kiyevdə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən reabilitasiya mərkəzində veteranların cəsarətindən şokdayam. Ukrayna sarsılmazdır”, - deyə Mişel yazıb.
Tehsil-press.az