Şarl Mişel Kiyevə gəlib

Şarl Mişel Kiyevə gəlib Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu gün Ukraynanın paytaxtına səfər edib.
Bu barədə Şarl Mişel tviter səhifəsində məlumat paylaşıb. O, Kiyevə səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski, Baş nazir Denis Şmıqal və Radanın deputatları ilə görüşəcək. Görüşlərdə əməkdaşlığın bütün istiqamətləri müzakirə olunacaq.
Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri Avropa İttifaqı Ukraynaya siyasi, iqtisadi, maliyyə, humanitar və silah yardımı göstərir. Qurum ötən il Kiyevə 19 milyard avroluq yardım ayırıb.

Tehsil-press.az

Oxşar xəbərlər