Zelenski Kiyevə səfər edən 7 ölkənin XİN rəhbərini qəbul etdi

Zelenski Kiyevə səfər edən 7 ölkənin XİN rəhbərini qəbul etdi Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin xarici işlər nazirləri Ukraynanın paytaxtı Kiyevə səfər ediblər.
Bu barədə məlumatı Latviyanın XİN rəhbəri Edqars Rinkeviçs öz tviter hesabında paylaşıb.
Onun sözlərinə görə, bu, Ukraynada müharibənin başlamasından sonra ölkəyə səfər edən ən böyük nazirlər qrupudur.
***
Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında Kiyevə səfər edən xarici işlər nazirləri ilə görüşü haqda paylaşım edib:
“Sizin səfəriniz tərəfdaş ölkələrin Ukraynaya güclü dəstəyinin və həmrəyliyinin mühüm əlamətidir, xüsusən də ən ciddi çətinliklərin olduğu bir vaxtda”.
Zelenski Baltikyanı və Şimali Avropa ölkələrinə Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinin qorunmasında fəal və səmərəli köməyə görə təşəkkür edib.

Tehsil-press.az

Oxşar xəbərlər