Vardanyan BBC-də çətin vəziyyətə düşdü - Video

Vardanyan BBC-də çətin vəziyyətə düşdü - Video Separatçı “Dağlıq Qarabağ respublikası”nın “dövlət naziri” erməniəsilli rusiyalı biznesmen Ruben Vardanyan “BBC”nin “Hard Talk” proqramında Stiven Sakurun suallarını cavablandırıb.
Vardanyan proqramboyu aparıcının suallarını cavablandırmaqda çətinlik çəkib. Vardanyan, hətta ona ünvanlanan suala başqa cavablar verməklə diqqət çəkib.
Belə ki, aparıcı ona Ermənistanın uzun illər boyunca hərbi dəstək üçün Rusiyaya müraciət etdiyini xatırladaraq, Rusiyanın hazırda Ukraynada həyata keçirdiyi hərbi əməliyyatdan Ermənistanın hansı dərs çıxarmasını soruşub. Vardanyan isə, öz növbəsində sözügedən suala əlaqəsiz cavablar verərək vəziyyətdən çıxmaq istəyib.
Bundan əlavə, aparıcı Azərbaycanın əzəli torpağını “Artsax” adlandıran Rubenyana əslində bölgənin Dağlıq Qarabağ adlandığını və beynəlxalq ictimaiyyət tərəfindən də məhz belə tanındığını xatırladıb.
R. Vardanyan daha sonra “Sizcə, Ermənistanın taleyi və gələcəyi Rusiyanın əlindədirmi?” sualına cavab vermək və Ermənistan barədə danışmaq istəmədiyini bildirib. Bu hal proqramboyu bir neçə dəfə təkrarlanıb.
Daha ətraflı videomaterialda:



Tehsil-press.az

Oxşar xəbərlər