Paşinyanın BBC televiziya kanalında savadsız açıqlamaları ölkəsinin xarici və daxili siyasətinin tamamilə səhv istiqamətdə olduğunu bir daha göstərdi.
Deputat bildirib ki, məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan BBC televiziya kanalının "Hard Talk" verilişində kanalın aparıcısı Stiven Sakura müsahibə verib:
“20-dəqiqəlik söhbət zamanı aparıcının iti və aktual suallarını cavablandırmağa çalışarkən Paşinyan siyasi biabırçılıq hesab oluna bilən açıqlamalar verib. Verdiyi cavablar Paşinyanın nəinki dövlət rəhbəri, adi siyasətçi kimi qeyri-peşəkar və savadsız olduğunu bir daha nümayiş etdirdi.
Aparıcının iti suallarını cavablandırmaqdan boyun qaçıran Paşinyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanın əvvəlki rəhbərliyinin törətdiyi hərbi cinayətlərini etiraf edib-etməməsi xahişini cavabsız qoyub, Azərbaycanın işğal altında olan Laçın rayonunda yolun tikintisinin ölkəsinin təşəbbüsü olmadığını bildirib, Ermənistanda koronavirus pandemiyası ilə mübarizədə ciddi səhvlərin olduğu bir məqamda bunu etiraf etməkdən imtina edib.
Aparıcı Stiven Sakur Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini xatırlatmaqla N.Paşinyanın sülhün tərəfdarı olmadığını, əksinə işğalçılıq siyasətini davam etdirməsini bildirmiş və bununla bu “siyasətçini” özünəməxsus formada çıxılmaz vəziyyətə salıb”.
Deputat qeyd edib ki, təsadüfi deyil ki, N.Paşinyan faktlardan yayınmağa çalışaraq məntiqdən və həqiqətdən kənar cavablar vermək məcburiyyətində qalıb:
“Qeyd edilən müsahibə N.Paşinyanın bacarıqsız rəhbər, nüfuzsuz dövlət xadimi olduğunu nümayiş etdirməklə onun xaricdə və ölkəsində onsuz da cüzi olan reytinqini yox səviyyəsinə saldı, savadsız açıqlamaları isə ölkəsinin xarici və daxili siyasətinin tamamilə səhv istiqamətdə olduğunu bir daha göstərdi”.
Tehsil-press.az