Səfirliyə hücum: Terrorçuya silah veriblər ki... - Ekspert açıqladı

Səfirliyə hücum: Terrorçuya silah veriblər ki... - Ekspert açıqladı Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı terrorçunun “Kalaşnikov” avtomatından istifadəsi məsələsi gündəmdədir. Fakt odur ki, İranda bu cür silahların və ümumiyyətlə digər silahların açıq satışı mövcud deyil. Digər məsələ isə terrorçu əlində silahla Azərbaycan səfirliyinin yanında görünən andan qapının yanında dayanmış İran polisi buna reaksiya verməli idi.
Bunu hərbi ekspert Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, səfirliyin mühafizəsini təşkil edən İran polisi telefonla harasa zəng etməkdənsə, terrorçunun hərəkətinə mane olmalı idi:
“İran polisi üzərində olan silahla həmin terrorçunu zərərsizləşdirə bilərdi. Həmin polisin üzərində silah olmaması isə tamam başqa şübhəli məqamlardan xəbər verir”.
Hərbi ekspertin fikrincə, terrorçu səfirliyə hücum zamanı əslində silahla qeyri-peşəkar davranıb:
“Sadəcə ona silah və patron veriblər ki, sən qorxma, get bunu et. Hər şey istədiyin kimi olacaq. Amma terrorçu silahla peşəkar davranmırdı. Allah uzaq etsin ki, o tam peşəkar davranmış olsa idi, şəhid sayı çox olardı. Çünki terrorçu qapıdan içəri daxil olan zaman avtomatik deyil, tək-tək rejimdə atəş açırdı”.
Üzeyir Cəfərov deyib ki, terrorçu həmin silahdan avtomatik rejimdə atış qaydasından istifadə etsə idi, qarşısına çıxan ilk üç şəxsi qətlə yetirə bilərdi:
“Görüntülərdə biz aydın görürük ki, o, bir istiqamətə atəş açır. Terrorçu səfirliyin əməkdaşını vurduqdan sonra ikinci yoxlayıcı atışını edir. Silahın qoruyucusunun yerini dəyişməklə terrorçu daha böyük faciəyə səbəb olardı. Sonradan videolardakı saat məsələsi ilə bağlı da yanlış məlumatlar verilir. Çünki orada vaxtı İran xüsusi xidmət orqanları istədikləri kimi dəyişə bilər. İranla Azərbaycan arasında yarım saatlıq vaxt fərqinin olması ilə bağlı səslənən fikirlər də yanlışdır. Bütün bu fikirlər sadəcə olaraq diqqəti yayındırmaq niyyətinə hesablanıb”.

Tehsil-press.az


Oxşar xəbərlər