Misirdə 14 terrorçu məhv edilib

Misirdə 14 terrorçu məhv edilib Misirin Sinay yarımadasında Daxili İşlər Nazirliyinin qüvvələri tərəfindən Əl-Ərişdə hüquq-mühafizə orqanlarının blokpostuna edilən hücumla bağlılığı olan terrorçulara qarşı xüsusi əməliyyat keçirilib.
Əl-Msəid rayonunda keçirilən xüsusi əməliyyat zamanı 14 terrorçu məhv edilib.
Bildirilir ki, terrorçuların üzərindən 14 ədəd odlu silah və 3 "intihar kəməri" aşkar edilib.
Qeyd edək ki, daha əvvəl terrorçular Əl-Əriş şəhərində hquq-mühafizə orqanlarına hücum ediblər. Hücum nəticəsində 8 hüquq-mühafizə orqanlarının əməkdaşı həlak olub, cavab atəşi zamanı 5 terrorçunu məhv etmək mümkün olub.
Məlumata əsasən, hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Tehsil-press.az


Oxşar xəbərlər