İran sərhədyanı terrorlar törədən şəxsi həbs etdi

İran sərhədyanı terrorlar törədən şəxsi həbs etdi İranın İnformasiya Nazirliyi (Kəşfiyyat) çərşənbə günü Yaxın Şərqdə fəaliyyət göstərən ən təhlükəli terrorçulardan birini həbs edib.
““Qomnam” Xüsusi Təyinatlı Qüvvələrinin əsgərlərinin səyi ilə sərhədyanı terror əməliyyatları həyata keçirən ən təhlükəli terrorçulardan biri tutularaq saxlanılıb”, - məlumatda deyilir.
Terrorçunun adı açıqlanmır.
Qeyd olunur ki, bu terrorçu Yaxın Şərqin 4 ölkəsində bir sıra terror aktları həyata keçirib və Suriyada gedən müharibə zamanı terrorçu qruplaşmalardan birinə üzv olub.
Xüsusilə İran kəşfiyyatının məlumatına görə, həmin şəxs qruplaşmada olarkən Hələb, Həma və İdlibdə terror əməliyyatları həyata keçirib.

Tehsil-press.az




Oxşar xəbərlər