Kim Çen In və qızı Şimali Koreya generalları ilə görüşüb

Kim Çen In və qızı Şimali Koreya generalları ilə görüşüb Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun generalları ilə görüşüb. Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi qeyd edir ki, KXDR Dövlət Şurasının sədri çıxışında Şimali Koreya ordusunu “dünyanın ən güclü ordusu” adlandırıb.
Ölkənin silahlı qüvvələrinin yaranmasının 75-ci ildönümü ilə bağlı keçirilən tədbirdə onun həyat yoldaşı Li Sol-ju və kiçik qızı Kim Joo-e də iştirak edib. Fotoları Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayıb.
Bu, KXDR liderinin ailəsi ilə ilk çıxışı deyil. 2022-ci ilin noyabrında Kim Joo Ae “Hwaseong-17” qitələrarası ballistik raketinin buraxılışında iştirak edib, daha sonra raket və hərbi personal qarşısında şəkil çəkdirib.

Tehsil-press.az

Oxşar xəbərlər