Şimali Koreya ilə ABŞ yenidən diplomatik müzakirələrə başlayacaq.
Görüşlərin 5 oktyabrda start götürəcəyi deyilir.
Şimali Koreyanın KCNA rəsmi xəbər agentliyi bildirir ki, Xarici işlər nazirinin müavini Ço Son Hui qeyd edib ki, 4 oktyabrda ilkin görüş, 5 oktyabrda isə işçi müzakirələri səviyyəsində toplantılar baş tutacaq.
Qeyd edək ki, Şimali Koreya ilə ABŞ liderləri arasında Koreya yarımadasının silahsızlaşdırılması çərçivəsində keçirilən ilk görüş 12 iyun 2018-ci ildə Sinqapurda baş tutmuşdu. Daha sonra liderlər 26-27 fevral 2019-cu ildə Vyetnamda keçirilən görüşdən nəticəsiz ayrılmışdı.
Tehsil-press.az