Şimali Koreyadan raket sınaqları

Şimali Koreyadan raket sınaqları Yaponiya və Cənubi Koreya Şimali Koreyanın “ballistik” olduğu təxmin edilən raket sınağı keçirdiyini açıqlayıb.
Bu barədə “Kyodo” agentliyi Yaponiya hökumətinə istinadən məlumat yayıb.
Raketin dənizə düşdüyü bildirilib.
Baş nazir Suqa Yoşihidenin hökumətin əlaqədar qurumlara proqnozlaşdırılmayan vəziyyətlərə qarşı hazırlıq görmələri təlimatı verdiyi qeyd olunub.
“Yonhap” agentliyinin Cənubi Koreya Baş Qərargahına istinadən yaydığı xəbərə görə, Şimali Koreya “müəyyənləşdirilməyən” raketi ölkənin şimal sahillərinə atıb.

Tehsil-press.az

Oxşar xəbərlər