185 təşkilatda maliyyə pozuntuları - Araşdırmalar başladı

185 təşkilatda maliyyə pozuntuları - Araşdırmalar başladı 2022-ci ildə 185 təşkilatda (nəzarət obyektləri) aparılmış yoxlamalarla ümumilikdə 225.710,4 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunub.
Bu barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2022-ci ildə aparılmış nəzarət tədbirlərinin nəticələri haqqında məlumatda bildirilib.
Qeyd olunub ki, həmin məbləğin 35.142,2 min manatlıq hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilib.
Belə ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən iş planlarına əsasən 2022-ci ildə 71 təşkilatda aparılmış yoxlamalarla aşkar olunan 5.081,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 1747,7 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilib.
Həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunan 2811,4 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib. Bunlardan əlavə, Xidmət tərəfindən vətəndaş müraciətinə əsasən 4 təşkilatda müraciətdə göstərilənlər yoxlanılıb, cəmi 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub və yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Baş Prokurorluğa göndərilib.
Prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 110 təşkilatda aparılmış yoxlamalarla aşkar olunmuş 220.564,9 min manat məbləğində artıq və əsassız ödənişlərin 33.330,1 min manatının təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin olunub. Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi, artıq ödənilmiş vəsaitlərin tam həcmdə dövlət büdcəsinə bərpa edilməsi ilə bağlı müvafiq sənədlər aidiyyəti üzrə prokurorluq və hüquq mühafizə orqanlarına göndərilib.
Yoxlamalar zamanı nəzarət obyektlərində, yoxlama materialları hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilən nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na uyğun olaraq müvafiq protokollar tərtib edilib. İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 123 nəfər vəzifəli şəxsə 91,5 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Tehsil-press.az



Oxşar xəbərlər