NATO Rusiya - İran hərbi əməkdaşlığını müzakirə edir

NATO Rusiya - İran hərbi əməkdaşlığını müzakirə edir Şimali Atlantika Alyansı ölkələri Rusiya-İran əlaqələrinin hərbi sahədə güclənməsini müzakirə edir və Tehranı Moskvadan dəstəyini geri çəkməyə çağırmağa davam edəcək.
Bu barədə bazar ertəsi ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit onlayn brifinqdə bildirib.
Jurnalistlər ondan Ukraynadakı müharibə fonunda Rusiya ilə İran arasında hərbi əlaqələrin dərinləşməsinə münasibət bildirməyi xahiş ediblər.
“Bu, açıq-aydın hamımızı narahat edən vəziyyətdir. Bu, alyans daxilində müzakirə mövzularından biridir”, - daimi nümayəndə cavab verib.
O əlavə edib ki, NATO müharibə ilə bağlı Rusiyaya dəstəyin təhlükəsi barədə İrana siqnallar göndərməyə davam edəcək.
Smit qeyd edib ki, hərbi blok İran PUA-larının Rusiya tərəfindən getdikcə daha çox istifadə edildiyini yaxından izləyir.

Tehsil-press.az


Oxşar xəbərlər