ADNSU-da qış imtahan sessiyasının nəticələri ilə bağlı müzakirələr aparılıb

ADNSU-da qış imtahan sessiyasının nəticələri ilə bağlı müzakirələr aparılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı kafedra müdirləri və dekanlarla görüşüb.
Görüşdə ADNSU-da təhsilin səviyyəsinin artırılması və qış imtahan sessiyasının nəticələri ilə bağlı müzakirələr aparılıb.
Rektor M.Babanlı ADNSU-da qış imtahan sessiyasının nəticələrinin əsasən qənaətbəxş olduğunu deyib. Qeyd edilib ki, sillabusların keyfiyyəti və materialların yerləşdirilməsi hər semestrin başlanğıcına qədər kafedra müdirləri, tyutorlar, İT departamentinin və kafedraların məsul şəxsləri tərəfindən təmin edilməlidir. Həmçinin təqdimatların keçirilməsinə nəzarət gücləndirilməlidir.
Rektor elmi fəaliyyətlə bağlı məsələlərə də toxunub. Bildirilib ki, magistrlərin elmi səviyyəsinin yüksəldilməsi məqsədilə mövcud seminarlarla yanaşı, hibrid formada və kafedralararası seminarlar da təşkil olunmalıdır. Dissertasiya üzrə təqdim olunan tezis və məqalələrin ciddi ekspertizası aparılmalıdır.
M.Babanlı təhsilin inkişafı ilə bağlı fikirlərini bildirib, tapşırıqlar verib.

Tehsil-press.az


Oxşar xəbərlər