ADA Universitetinin 17 illiyi münasibətilə ali məktəbdə konsert proqramı təşkil olunub. Tədbir dövlət və özəl qurumları, diplomatik korpusu və tərəfdaş qurumları təmsil edən qonaqları, eləcə də ADA Universitetinin rəhbərliyini, professor-müəllim, tələbə və məzun heyətini bir araya gətirib.
Tədbiri açıq elan edən ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə ADA-nın akademiyadan universitetə qədər olan inkişaf yoluna nəzər salıb. Məktəbin nailiyyətləri barədə məlumat verib, ADA ilə bağlı arzularını bölüşüb.
Daha sonra universitet haqqında videoçarx nümayiş etdirilib.
Sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoru Nigar Axundova ADA heyətini, tələbələri təbrik edib.
Tədbirin proqramı barədə məlumat verən N.Axundova ifaçıları təqdim edib.
ADA tələbəsi Mirmusa Seyidzadə Vaqif Mustafazadənin “Mart” əsəri ilə çıxış edib.
Daha sonra vokalist İsmayıl Zeynalov və Müşfiq Quliyevin ifasında konsert proqramı davam edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 yanvar tarixli Sərəncamı ilə universitet statusu alan ADA, 17 il bundan əvvəl, 2006-cı ilin martında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası kimi təsis edilib.
Tehsil-press.az