ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (“IDD”) tərəfindən təşkil edilən təlim proqramı öz fəaliyyətinə başlayıb. Proqrama nazirliklər və komitələr də daxil olmaqla 20 dövlət qurumunu təmsil edən 30 iştirakçı qoşulub.
Proqramın açılış mərasimində ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə bildirib ki, Avropa İttifaqı (Aİ) ilə əlaqələr getdikcə inkişaf edir. Enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiya, təhsil və digər sahələrdə əməkdaşlıq əlaqələri güclənir. Bu səbəbdən də ictimai sektorda fəaliyyət göstərənlərin Aİ ilə münasibətlərimizi dərindən öyrənməsi vacibdir.
Təhsil sahəsindəki əlaqələrə xüsusilə toxunan F.İsmayılzadə ADA Universitetinin hər il 40-dək tələbəni Avropa ölkələrinə göndərdiyini qeyd edib. Əlavə edib ki, İnkişaf və Diplomatiya İnstitutu müvafiq mövzuda təşkil etdiyi təlimlər çərçivəsində Aİ ilə münasibətləri daha da inkişaf etdirəcək peşəkarlar yetişdirir.
Avropa İttifaqının ölkəmizdəki səfiri Peter Mixalko təmsil etdiyi qurumun Azərbaycanda sosial sahədə aparılan islahatları dəstəklədiyini bildirib. Akademik qurumlarla vətəndaş cəmiyyəti qurumları arasındakı əməkdaşlığın vacibliyinə toxunan səfir bu istiqamətdə səylərin hər il daha da genişləndiyini diqqətə çatdırıb.
İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova çıxışında ölkəmizdə “Jean Monnet Center of Excellence” statusunu alan ilk ali təhsil qurumu olan ADA Universitetində keçirilən hazırkı təlimlərin Aİ-nin qurumları barədə məlumatlılığı artıracağını vurğulayıb.
Nəzərə çatdıraq ki, 5 gün davam edəcək təlim proqramı “IDD”nin təcrübəli ekspertləri, ADA Universitetinin müəllimləri, dövlət qurumlarının nümayəndələri və xarici ekspertlər tərəfindən tədris olunur. İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən “Jean Monnet Module” proqramı çərçivəsində keçirilən təlim layihələri İtaliyanın “Ca’Foscari” Universiteti ilə birgə təşkil edilir.
Tehsil-press.az