ADPU-da Fikrət Əmirovun 100 illiyi münasibətilə konsert proqramı təşkil edilib

ADPU-da Fikrət Əmirovun 100 illiyi münasibətilə konsert proqramı təşkil edilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsində musiqi müəllimliyi ixtisasında təhsil alan tələbələrin iştirakı ilə görkəmli Azərbaycan bəstəkarı, ictimai xadim, AMEA-nın müxbir üzvü, dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə konsert proqramı təşkil edilib.
Musiqi və onun tədrisi texnologiyası kafedrasının müdiri professor Zemfira Abdullayeva Fikrət Əmirovu Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, milli musiqimizin tarixinə parlaq səhifələr yazmış dahi sənətkar kimi səciyyələndirərək, yaradıcılığı haqqında məlumat verib.
Konsertdə bəstəkarın fortepiano, tar, klarnet üçün bəstələdiyi instrumental əsərlər, “Sevil” operasından, “Min bir gecə” baletindən parçalar, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqi nümunələri səsləndirilib.
Konsert Fikrət Əmirovun “Odlar ölkəsi” mahnısının sədaları ilə yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər