İntihar edən həkim-ginekoloq Xalidə Kəngərli əri tərəfindən döyülüb? - İDDİA

İntihar edən həkim-ginekoloq Xalidə Kəngərli əri tərəfindən döyülüb? - İDDİA Azərbaycanda intihar edən tanınmış həkim-ginekoloq Xalidə Kəngərlinin əri Rüfət Kəngərli tərəfindən döyüldüyü və alçaldıcı hərəkətlərə məruz qalması iddia edilir.
Bu barədə qardaşı Elçin Vəliyev məlumat verib.
O bildirib ki, hadisədən əvvəl son iki ilə qədər ailədə vəziyyət qənaətbəxş olub: "Hansı ki, Rüfətin ailəsi mülkləri kişinin adına keçirməyi təkid edənə kimi. Qlobal ailə münaqişəsi Xalidəyə bağışlanmış əmlakların Rüfət tətrəfindən geri qaytarılması tələbindən sonra başladı. Rüfət mütəmadi olaraq içirdi və mülklər üstündə evdə münaqişə salırdı. Dəfələrlə Xalidəni döyürdü, müxtəlif xəsarətlər yetirirdi. Ailə üzvlərimiz bunun şahidi olub və boşanmaları üçün Xalidəni evdən çıxarmışıq. Lakin 5-7 gün ərzində Rüfət yenidən bağışlanmağını və bir daha belə etməyəcəyini söz verərək barışmağa nail olmuşdu. Son bir ildə müxtəlif dost və yoldaşlarına, hətta vəkilinə döyülməsi haqda, xəsarətlərin video və fotoşəkilini göndərib. Bütün bu materiallar istintaqa təqdim olunub, lazım gələrsə, gələcəkdə bu məlumatlar mediaya da təqdim olunacaq. Hadisə baş verən gününə qədər artıq qəti boşanmaları üçün qərara gəlinmişdi. Hətta hadisə günü Xalidə işdən sonra vəkili ilə görüşüb, boşanmaya dair bütün məlumatları müvəkkilinə vermişdi. Həmin günü evə gəlib bizə zəng etməli idi ki, onu oradan götürək. Biz Xalidənin zəngini gözləyirdik, lakin Rüfət zəng etdi. Bildirdi ki, Xalidə özünü atdı gəlin evə. Burada böyük bir müəmma var. İnşallah ki, istintaqda bu məlum olacaq. Xalidə intihar edə bilməzdi, onu tanıyan hamı bu sözü deyir. Həmin gün bütün ailə münaqişəsinə son qoyulacaqdı. Ekspertiza zamanı vəkilimiz də orada iştirak edib. Xalidənin bədənində 2-3-5-8 günün döyülmə xəsarətləri çıxıb. Bu o deməkdir ki, Rüfət mütəmadi olaraq Xalidəni döyüb, zor tətbiq edib, davamlı olaraq ailəsinin fikri ilə bacıma təzyiqlər göstərib. Hətta ailəsi də mütəşəkkil olaraq birləşərək dəfələrlə Xalidəyə təzyiqlər ediblər. Bu kimi təzyiqlərin bir neçəsinin canlı şahidi olmuşuq. Əldə olunan bütün video, fotofaktlar prokurorluğa təqdim olunub”.
Elçin Vəliyev Yasamal Rayon Prokurorluğunda aparılan cinayət işinin gedişatından narazı olduğunu söyləyib: “Təqdim edilmiş ilkin ekspertiza rəyinə görə, mərhum Xalidənin bədənində ölüm gününə aid olmayan 2-4-6-8 günə aid bir neçə döyülmə xəsarətləri vardır. Əlavə olaraq mərhum ölməmişdən öncə əri Rüfət tərəfindən xüsusi amansızlıqla döyüldüyünə dair foto şəkillər və videolar çəkib ətrafındakı yaxınlarına göndərib. Həmin video və foto faktları da Yasamal rayon prokuroru görməzdən gəlir. Dəfələrlə təkid etməyimizə baxmayaraq, müstəntiq hadisə baş verən bina ilə üzbəüz olan binanın kamera görüntüsünü çıxarmadı. Yaxınlıqda yerləşən DİN-ə məxsus kamera görüntüsünü sözdə “çıxaracam” deyib çıxarmadı. Evdə keçirilən ekspertiza gülünc vəziyyətdə baş tutdu. Növbəti ekspertizanı təkidimizlə bir ay sonra keçirdilər. Mərhumun vatsap hesabını sildilər. Buna şəraiti Yasamal rayon prokurorluğu yaratdı. Çünki mərhumun mobil nömrəsi prokurorluqda idi. Telefondan lazımi məlumatları yox etdilər. MEM ekspertizası 4 ay vaxt çəkdi. Prokurorluq bilərəkdən 3 dəfəyə cild sənəd göndərdi, hamısı əlbir olub işi Rüfətin xeyrinə çevirməyə çalışırlar. MEM-in verdiyi rəy, ümumiyyətlə, gülünc bir rəydir”.

Tehsil-press.az

Oxşar xəbərlər