Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə baş verən dağıdıcı zəlzələyə baxmayaraq, mayın 14-də ümumi seçkilər keçirmək niyyətindədir.
Bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ərdoğan çərşənbə axşamı zəlzələdən təsirlənən 10 əyalətdə 90 gün ərzində fövqəladə vəziyyət elan etsə də, əvvəllər planlaşdırıldığı kimi mayın 14-də səsvermə keçirməyi planlaşdırır.
Bloomberg yazır ki, Ərdoğan yalnız müharibə vəziyyətində seçkiləri bir il təxirə salmaq hüququna malikdir. Səsvermənin iyun ayında müəyyən edilmiş son tarixdən gec baş verməsi üçün hakim Ədalət və İnkişaf Partiyası siyasi rəqibləri ilə Konstitusiyaya dəyişiklik edilməsi barədə razılığa gəlməlidir. Səsvermənin may ayının ortalarında baş tutması üçün Ərdoğan seçki prosesini rəsmi olaraq martın 10-dək davam etdirməlidir. Prezident nədənsə bunu etməzsə, seçkilər iyunun 18-də keçirilməli olacaq, lakin agentliyin mənbələrinə görə, hadisələrin bu cür inkişaf ehtimalı azdır.
Türkiyə Prezident Administrasiyası şərh verməkdən imtina edib.
Tehsil-press.az