Fransada prezident seçkilərinin vaxtı açıqlandı

Fransada prezident seçkilərinin vaxtı açıqlandı Fransada gələn il keçiriləcək prezident seçkilərinin tarixi bəlli olub.
2022-ci ildəki seçkilərin ilk turunun aprelin 10-da, ikinci turunun isə aprelin 24-də keçirilməsi planlaşdırılır.
Fransa konstitusiyasına görə, Prezidentlik vəzifəsinin təhvil verilməsi 13 may 2022-ci ildən öncə baş tutmalıdır. Bu, Beşinci Respublikanın 12-ci prezident seçkisi olacaq.
Milli Cəbhə Partiyasının lideri Marine Le Pen, “Ayağa qalx, Fransa” partiyasının lideri Nikolas Dupont-Aignan, “Boyun əyməyən Fransa” partiyasının lideri Cin-Luk Melenxon və Havier Bertrantın rəsmi olaraq namizədlikləri elan olunub. Anne Hidalqo və mövcud prezident Emmanuel Makronun da namizəd olması gözlənilir.

Tehsil-press.az


Oxşar xəbərlər