UNEC - “SCimago” reytinqində Azərbaycan birincisi

UNEC - “SCimago” reytinqində Azərbaycan birincisi “SCimago” (Scimago Institutions Rankings) reytinq agentliyi 2023-cü il üzrə dünya universitetlərinin reytinqini açıqlayıb. İlk dəfə 2022-ci ildə “SCimago” reytinqində yer alan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu il ölkəmizdə birinci olub.
UNEC reytinqdə dünyanın 8433 universiteti arasında “İqtisadiyyat, ekonometrika və maliyyə” sahəsi üzrə 691-ci, “Biznes, menecment və mühasibat” sahəsi üzrə 1256-cı yerdədir. Şərqi Avropada isə 803 universitet arasında UNEC “İqtisadiyyat, ekonometrika və maliyyə” sahəsi üzrə 33-cü, “Biznes, menecment və mühasibat” sahəsi üzrə 69-cü yerə yüksəlib.

Tehsil-press.az

Oxşar xəbərlər