Kollecdə “Novruz festivalı”

Kollecdə “Novruz festivalı” UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Novruz festivalı” keçirilib.
Kollecin direktoru pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov festival iştirakçılarını bayram münasibətilə təbrik edib. O, Novruzun xoşbəxtlik, sevinc bayramı olduğunu, insanları bir araya gətirdiyini vurğulayıb.
Sonra tələbələr tərəfindən Novruz ənənələri ilə bağlı bayram stendləri nümayiş etdirilib.
Sonda tədbirdə fəal iştirak edən qruplar və qrup rəhbərləri təşəkkürnamə ilə təltif olunublar.

Tehsil-press.az

Oxşar xəbərlər