Sosial–İqtisadi Kollecdə şəhid məzunun xatirəsi anılıb

Sosial–İqtisadi Kollecdə şəhid məzunun xatirəsi anılıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş Rəşid Mədinovun anım günü qeyd olunub.
Kollecin direktoru pedaqoji elmlər doktoru Vidadi Orucov torpaqlarımızın mənfur düşməndən azad edilməsi uğrunda başlanan Vətən müharibəsində Rəşid Mədinovun göstərdiyi şücaətdən, eləcə də xalq-dövlət-ordu birliyindən söhbət açıb. O, bütün şəhidlərin xatirəsinin qəlbimizdə daim yaşayacağını vurğulayıb.
Tədbirdə iştirak edən tələbələr 2015-ci ildə kolleci bank işi ixtisası üzrə bitirmiş Rəşid Mədinovun keçdiyi döyüş yolundan söz açıblar.
Kollecin tələbəsi, Vətən müharibəsi iştirakçısı Əlizamin Talıbzadə rəşadətli Azərbaycan Ordusunun müharibədə göstərdiyi qəhrəmanlıqdan danışıb.

Tehsil-press.az

Oxşar xəbərlər