Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Elimizə bahar gəlir” adlı Novruz şənliyi keçirilib.
Tədbirdə çıxış edən rektor Gülçöhrə Məmmədova Novruz bayramı münasibətilə xalqımızı, müəllimləri, əməkdaşları təbrik edib, bolluq, bərəkət rəmzi olan Novruzun bütün evlərə, ailələrə xoşbəxtlik, firavanlıq gətirməsini, çətinliklərin, problemlərin ötən ildə qalmasını arzulayıb. Gülçöhrə Məmmədova Novruz bayramının işğaldan azad olunan torpaqlarımızda, Şuşada, Cıdır düzündə də qeyd olunduğunu fəxrlə vurğulayaraq bu sevinci bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, qalib Ordumuzun cəsur əsgərlərinə, qəhrəman Vətən oğullarımıza minnətdarlığını bildirib.
Bayram tədbiri təbrik çıxışları, Novruza aid olan oyunlarla davam edib. AzMİU-nun bədii özfəaliyyət kollektivinin üzvlərinin ifasında bir-birindən şux, bayram ovqatlı mahnılar səsləndirilib, tələbələr Novruz bayramına həsr olunmuş şeirlər, bayatılar söyləyiblər. Universitetin tələbələrindən ibarət rəqs qrupunun təqdim etdiyi rəngarəng, oynaq, milli rəqslər alqışlarla qarşılanıb.
Tehsil-press.az