Dövlət Neft və Sənaye Universitetində Novruz tədbiri

Dövlət Neft və Sənaye Universitetində Novruz tədbiri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə ADNSU-nun rektoru professor Mustafa Babanlı universitetin professor-müəllim heyətini və tələbələri Novruz bayramı münasibətilə təbrik edib.
Professor M.Babanlı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində Böyük Zəfər qazandığını vurğulayıb. O, ölkəmizdə Novruz bayramının sonsuz sevinc hissləri ilə keçirildiyini deyib, xoş arzularını ifadə edib.
Qeyd olunub ki, Novruz bayramı xalqımızın milli adət-ənənələrini özündə əks etdirir.
Sonda universitetin həyətində bayram tonqalı yandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər