Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırılıb

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırılıb “Gözəl Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım partiyası - ümumi dəyəri 360 min ABŞ dolları olan 13 ton dərman və tibbi ləvazimatın çatdırılması çox simvolikdir”.
Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial şəbəkə hesabında yazıb.
“Biz azərbaycanlı dostlarımıza Rusiyanın silahlı təcavüzünə qəhrəmancasına müqavimət göstərən Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirdiklərinə görə ürəkdən minnətdarıq”, - Kanevski qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər