"Qadınların pensiya yaşının 63-də saxlanacağı barədə iddialar doğru deyil".
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Deputat qeyd edib ki, ümumiyyətlə, pensiya yaşı ilə bağlı məsələlər hazırda aktual deyil.
Xatırladaq ki, ölkədə pensiya yaşının azaldılması, qadınların pensiya yaşının 63-də saxlanması haqqında müxtəlif məlumatlar yayılıb.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Belə ki, Azərbaycanda 1 iyul 2021 – 30 iyun 2022 tarixində kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il 6 ay olacaq. 1 iyul 2022 – 30 iyun 2023 tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 63 il olacaq.
Tehsil-press.az