Tuba zəlzələdən zərərçəkənlər üçün xeyriyyə gecəsi təşkil edəcək

Tuba zəlzələdən zərərçəkənlər üçün xeyriyyə gecəsi təşkil edəcək Türkiyəli aktrisa Tuba Büyüküstün həmkarı Fırat Çelik ilə bərabər zəlzələdən zərəçəkənlər üçün xeyriyyə gecəsi təşkil edəcək.
Tuba UNICEF-in xoşməramlı səfiri olaraq həmin gecənin təşkilatçısı olacaq.
“3 aprel 2023-cü ildə La Tour Eyfel Teatrında fransız sənətçilərin iştirakı ilə keçiriləcək gecədən əldə ediləcək bütün gəlir UNICEF Türkiyənin hesabına köçürüləcək", - deyə Tuba bildirib.
Xeyriyyə kampaniyasında iştirak edəcək məşhurlar arasında Artus, Ceremi Ferrari, Paul Mirabel, Verino, La Bajon və Camille Aumont Carnel var.

Tehsil-press.az



Oxşar xəbərlər