Mayın 17-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) həyətində “Ümid yeri” uşaq evinin sakinlərinin əl işlərindən ibarət satış-sərgi açılıb.
Sərgidə uşaq evinin sakinlərinin hazırladıqları kiçik ölçülü milli musiqi alətlərindən ibarət kompozisiyalar, toxuculuq nümunələri, müxtəlif muncuq və daş-qaşla işlənmiş qadın bəzək əşyaları, balıqqulağı və şüşədən hazırlanmış suvenirlər, xalçalar, milli ornamentli mütəkkə və araxçınlar, rəsm əsərləri nümayiş olunub.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova “Ümid yeri” uşaq sığınacağının rəhbəri Nigar Mənsimli ilə birgə sərgidə nümayiş olunan əl işlərinə baxıb, sığınacağın sakinləri üçün ianə verib, həm də alış-veriş edib. Rektorla bərabər, universitetin dekanları, kafedra müdirləri və tələbələri də sərgilənən məhsullardan alıblar.
Sərgi sabah da davam edəcək və toplanan vəsait uşaq evinin sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılmasına, gündəlik ehtiyacların ödənilməsinə sərf olunacaq.

AzMİU-nun Mətbuat Xidməti