Ramazanda Qədr gecələri nə vaxt olacaq?

Ramazanda Qədr gecələri nə vaxt olacaq? Ramazan bayramında 4 Əhya gecəsi (Qədr gecəsi) olacaq.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə bildirilib.
İlk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecəyə təsadüf edəcək. Bu da iyunun 3-nə düşür. İkinci Qədr gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə olacaq ki, bu da iyunun 5-də qeydə alınacaq. Üçüncü Qədr gecəsi iyunun 7-nə (Ramazan ayının 22-dən 23-nə keçən gecə) düşəcək.
Dördüncü və sonuncu Qədr gecəsi isə iyunun 11-də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) olacaq.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Tehsil-press.az

Oxşar xəbərlər