Beynəlxalq Türk Akademiyası ilə TÜBA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Beynəlxalq Türk Akademiyası ilə TÜBA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Türkiyəyə səfəri çərçivəsində Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkərlə görüşüb.
Görüşdə Beynəlxalq Türk Akademiyasının fəaliyyəti barədə məlumat verən akademik Şahin Mustafayev qurumun beynəlxalq əlaqələrini gündən-günə inkişaf etdirdiyini söyləyib. O, bu istiqamətdə müxtəlif ölkələrin qabaqcıl elmi müəssisələri ilə əməkdaşlıq müqavilələrinin imzalandığını diqqətə çatdırıb.
Akademik Şahin Mustafayev qardaş ölkələrin elmi təşkilatları arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyindən danışaraq, TÜBA-nın türk dövlətlərinin alimləri üçün böyük potensiala malik olduğunu vurğulayıb.
Görüşdə iki tərəf arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, birgə həyata keçiriləcək proqram və layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Sonda professor Müzəffər Şəkər TÜBA tərəfindən çap edilmiş “G20 - Elm akademiyalarından dünya liderlərinə birgə bəyanatlar”, “Milli texnologiya təşəbbüsü: Sosial düşüncələr və Türkiyənin gələcəyi” və “Milli texnologiya hərəkatı” kitablarını akademik Şahin Mustafayevə hədiyyə edib. Şahin Mustafayev isə öz növbəsində qazax dilində nəşr olunmuş “Nutuk” kitabını TÜBA prezidentinə təqdim edib.

Tehsil-press.az



Oxşar xəbərlər