Azərbaycan MN: Ermənistan hərbi qulluqçusunun ölümcül yaralanması barədə məlumat yalandır

Azərbaycan MN: Ermənistan hərbi qulluqçusunun ölümcül yaralanması barədə məlumat yalandır Martın 22-si saat 16:20 radələrində guya Azərbaycan tərəfindən açılan atəş nəticəsində Arazdəyən istiqamətindəki döyüş mövqeyində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun ölümcül yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
Ermənistan müdafiə nazirliyi bu kimi dezinformasiyaları yaymaqla son dövrlərdə ordusunda artan intizamsızlıq nəticəsində baş verən özünəqəsd və digər neqativ halları ört-basdır etmək məqsədini güdür.

Tehsil-press.az



Oxşar xəbərlər