Gürcüstanın qərbində baş verən təbii fəlakət ciddi problemlər yaradıb

Gürcüstanın qərbində baş verən təbii fəlakət ciddi problemlər yaradıb Gürcüstanın Acarıstan Muxtar Respublikası ərazisində baş vermiş təbii fəlakət ciddi problemlər yaradıb, insan tələfatı var.
Batumidə güclü külək nəticəsində kökündən qopan ağac avtomobilin üzərinə düşüb. Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb. Bundan başqa, ticarət köşkü də aşaraq bir qadının üstünə düşüb. Yaralı qadın xəstəxanaya yerləşdirilib. Daha bir 17 yaşlı gənc də təbii fəlakətin qurbanı olub. Gənc oğlan da xəstəxanaya yerləşdirilib.
Batumi meriyasından verilən məlumata görə, güclü külək nəticəsində bir neçə ağac aşıb. Batuminin mərkəzində, eləcə də Batumini Maxindjauri ilə birləşdirən magistralda avtomobillərin hərəkəti dayanıb. Bir neçə avtomobilə də ciddi ziyan dəyib.
Qeyd edək ki, Gürcüstanın qərb bölgəsində, xüsusən də Acarıstan ərazisində martın 28-i günün ikinci yarısından güclü külək başlayıb. Qara dəniz sahillərində 4-5 ballıq qasırğa elan olunub.

Tehsil-press.az


Oxşar xəbərlər