Dəhşətli qasırğa Şimali Qafqazda həyatı İFLİC ETDİ

Dəhşətli qasırğa Şimali Qafqazda həyatı İFLİC ETDİ Rusiyanın Şimali Qafqaz regionunda güclü külək nəticəsində dağıntılar baş verib, bir nəfər ölüb, 20-dən çox adam xəsarət alıb.
Şimali Qafqaz regionunda qasırğa binaların damını dağıdıb, ağacları kökündən çıxarıb. On minlərlə ev işıqsız qalıb.
Şimali Osetiya, Çeçenistan, Kabardino-Balkariya, İnquşetiyada küləyin sürəti daha intensiv olub. Kabardino-Balkariya Respublikasında ağacın avtomobilin üstünə düşməsi nəticəsində bir nəfər ölüb. Çeçenistanda 23 nəfər, o cümlədən 9 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.
Təbii fəlakət bir çox regionda əhalini işıqsız qoyub. Hazırda qasırğa və leysanın regiona vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlər görülür.
Meteoroloqların proqnozlarına görə, yaxın vaxtlarda Şimali Qafqazda yenidən leysan və qasırğa olacağı gözlənilir. Qeyri-sabit hava şəraitinin həftənin sonunadək davam edəcəyi ehtimal olunur.

Tehsil-press.az

Oxşar xəbərlər