İngiltərədə on minlərlə xərçəng xəstəsini kimyaterapiyadan xilas edə biləcək layihə araşdırılır. 1600 xəstə üzərində aparılan qan analizləri əməliyyatdan sonra xərçəngin təmizlənib-təmizlənmədiyini üzə çıxarır. Həkimlərin rəyinə görə bütün bağırsaq xərçəngi xəstələrinin yarısı yalnız cərrahi yolla müalicə edilə bilər. Əksinə, bir çox insan əməliyyatdan sonra lazımsız olaraq kimyaterapiyaya məruz qalır. Ancaq bu testlə xərçəngin mikroskopik izləri göstərilə bilər.
Həkimlərin fikrincə, bağırsaq xərçəngindən sonra testlər digər xərçəng növlərinin də diaqnozunda rol oynayacaq. Maye biopsiya adlanan testin erkən diaqnoz üçün faydalı ola biləcəyini göstərən araşdırmalar da var. Bu test müvəffəqiyyətli olarsa, xərçəngi digər üsullarla 4 il əvvəl aşkarlaya biləcək. Kimyaterapiya ilə verilən bir dərman əllərdə və ayaqlarda kəskin ağrılara səbəb olur. Bu sinir zədəsi uzunmüddətli ola bilir. Bunun əvəzinə, qan testində iştirak edən xəstələr, ehtiyac olmadıqda, gündə iki dəfə ağızdan kemoterapi tabletləri qəbul edəcəklər. Bunun minimal yan təsirləri olsa da, kimyaterapiyadan daha azdır. Bu müayinə həm də xəstələri lazımsız kimyaterapiya xərclərindən xilas edəcək və dövlət büdcəsini yükdən azad edəcək.
Tehsil-press.az