Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Gələcəyin alimləri” adlı tələbələrin VIII elmi konfransı keçirilib.
Tədbirdə BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiya mərkəzinin müdiri professor Mais Süleymanov Ulu Öndər Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulayıb və bu sahənin inkişafına göstərdiyi qayğıdan danışıb.
O, tələbə elmi konfransının keçirilməsinin tədqiqatçıların yetişməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Sonra fakültənin dekanı Bəxtiyar Paşayev səriştəli insan kapitalının yetişdirilməsi, tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. O, konfransa 120-yə yaxın tezisin təqdim edildiyini, onlardan 108-nin seçilərək konfrans materiallarına daxil olunduğunu qeyd edib.
Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının müdiri Vaqif Salmanov Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən bəhs edib.
Plenar iclasda Fizika fakültəsinin “SABAH” qruplarının IV kurs tələbələrindən Əsmər Əliyeva “Qan və toxuma mayelərində oksigen və karbon dioksidin daşınmasında Bohr effekti”, Sevinc Gülməmmədova “Xizinlə funksionallaşdırılmış maqnetit nanohissəciklərin quruluş xüsusiyyətləri” mövzularında məruzə ediblər.
Sonra “Nəzəri fizika və astrofizika”, “Molekulyar fizika”, “Bərk cisimlər fizikası”, “Fizikanın tədrisi metodikası” bölmələrində məruzələr dinlənilib. Konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.
Tehsil-press.az