BDU bakalavrları elmi-tədqiqat işlərinə cəlb edilir

BDU bakalavrları elmi-tədqiqat işlərinə cəlb edilir Bakı Dövlət Universiteti Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Mənim elmdə ilk addımlarım” adlı I elmi konfrans keçirilib. Fizika fakültəsinin tələbə-müəllim heyətinin iştirak etdiyi konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bakalavr pilləsində təhsil alan tələbələr üçün elmi konfransın keçirilməsini, tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsini yüksək qiymətləndirib. Təqdim edilən məruzələrin gələcəkdə böyük fiziklərin ilk elmi işləri kimi tarixə düşəcəyini qeyd edən rektor konfransın işinə uğurlar arzulayıb.
Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov bildirib ki, konfransda SABAH qrupları da daxil olmaqla fakültənin 2, 3 və 4-cü kurs tələbələrinin 40-dək elmi məruzələrinin dinlənilməsi nəzərdə tutulub. Təqdim edilən məruzələrin dünya elminin ən müasir tədqiqatları ilə uzlaşdığını qeyd edən professor Məmmədəli Ramazanov fərqlənən məruzəçilərin universitetin elmi tədqiqat laboratoriyalarına cəlb ediləcəyini də diqqətə çatdırıb. O da məlum olub ki, Təşkilat Komitəsinə təqdim edilmiş elmi-tədqiqat işlərindən ibarət materiallar kitab şəklində çap olunub.
Plenar iclasda çıxış edən III kurs tələbəsi Sara Rəhimzadə və II kurs tələbəsi Günel Şahverdiyevanın məruzələri maraqla qarşılanıb. Konfrans işini “Fizikanın tədrisi metodikası”, “Fizika elminin nəzəri və innovativ elmi fiziki tədqiqat metodları” bölmələrində davam etdirib.

Mətbuat və informasiya şöbəsi


BDU bakalavrları elmi-tədqiqat işlərinə cəlb edilir

BDU bakalavrları elmi-tədqiqat işlərinə cəlb edilir

BDU bakalavrları elmi-tədqiqat işlərinə cəlb edilir

Oxşar xəbərlər