BDU-nun Fizika fakültəsində Tələbə Elmi Cəmiyyətinin seminarı

BDU-nun Fizika fakültəsində Tələbə Elmi Cəmiyyətinin seminarı Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirilib.
Elmi seminarda Fizika fakültəsinin III kurs tələbələri Aytən Xəlilova və Nərmin Əliyeva “Neytrino ovçuları və neytrino zərrəcikləri” və “SABAH” qrupları Fizika fakültəsi III kurs tələbəsi Əsmər Əliyeva “Dünyanın mexaniki mənzərəsi” mövzularında məruzə ilə çıxış ediblər.
A.Xəlilova və N.Əliyeva neytrino zərrəcikləri haqqında ilk elmi təsəvvürlərin meydana çıxması, tədqiqatlar, cənub yarımkürəsində qurulmuş rəsədxana, neytrinonun özünəməxsus xüsusiyyətləri və s. barədə ətraflı məlumat verib.
Ə.Əliyeva dünyanın mexaniki mənzərəsinin formalaşması, fizikanın mexanika bölməsinin elmi əsasları, müasir təsəvvürlər və yanaşmalar haqqında danışıb.

Tehsil-press.az


Oxşar xəbərlər