BDU-da “Fizika və astronomiya problemləri” mövzusunda XXII respublika elmi konfransı

BDU-da “Fizika və astronomiya problemləri” mövzusunda XXII respublika elmi konfransı Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində “Şuşa İli” çərçivəsində magistrantların və gənc tədqiqatçıların “Fizika və astronomiya problemləri” mövzusunda XXII respublika elmi konfransı keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov fizika və astronomiya sahəsində əsas elmi prioritetlərdən danışıb.
Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev konfransın gündəliyi barədə məlumat verib. Qeyd edib ki, plenar iclasda 4 məruzə dinləniləcək, 6 bölmədə 95 məqalə təqdim ediləcək.
Daha sonra “AG DRA simbiotik ulduzun rəqəmsal spektrlərində H xəttinin tədqiqi”, “İkifazalı PEQ-limon turşusunun natrium duzu-su sisteminin ayırdetmə qabiliyyətinin məqsədyönlü dəyişdirilməsi”, “Statistik fizika qanunları ilə nüvə toqquşmalarında kumulantların hesablanması” mövzularında məruzələr dinlənilib.
Plenar məruzələrdən sonra fakültənin dekanı Bəxtiyar Paşayev məruzəçilərə sertifikat təqdim edib.

Tehsil-press.az


Oxşar xəbərlər