Ümummilli Liderin 100 illiyinə həsr olunan X Spartakiadanın yarışları davam edir

Ümummilli Liderin 100 illiyinə həsr olunan X Spartakiadanın yarışları davam edir Azərbaycan Texniki Universitetində (AzTU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan X Spartakiadanın yarışları davam edir.
Spartakiadada müəllim, tələbə və əməkdaşlardan ibarət 16 komanda mübarizə aparır. Basketbol, voleybol, futzal, sərbəst güləş, stolüstü tennis və şahmat idman növü üzrə keçirilən spartakiada mayın 5-də yekunlaşacaq.

Tehsil-press.az



Oxşar xəbərlər